Aİ Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisini dəstəkləyib

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən Rusiyadan yan keçən nəqliyyat dəhlizlərinin tikintisinin tərəfdarıdır.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel öz rəsmi bloqunda yazıb.

Diplomatın sözlərinə görə, Mərkəzi Asiyanın təsirinin artmasına baxmayaraq, Rusiya və Çin bu regionda aparıcı rolu “oynayıb və oynamaqda davam edir”:

“Aydındır ki, region münasibətlərini şaxələndirməyə çalışır və Aİ-ni uyğun tərəfdaş kimi görür. Regionun rəhbərləri müxtəlif islahat proqramları həyata keçirirlər. Bundan başqa, region ölkələri arasında əlaqələr yaxşılaşır. Aİ olaraq bu dəyişimlərdən istifadə etməkdə maraqlıyıq”.

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Aİ “enerji təchizatında, mühüm xammal təchizatında və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərində təmsil olunan” Mərkəzi Asiyanın böyük potensialından istifadə etməlidir. O, izah edib ki, bu, xüsusilə, Qazaxıstanda inkişafını müzakirə etdiyi Trans-Xəzər nəqliyyat marşrutuna aiddir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button