AİHM Azərbaycandan gedən 6 şikayət üzrə qərarını açıqlayacaq

Yayımlandı: 8 Dekabr 2022 15:11

Ərizəçilər Konvensiyanın 5 və 18-ci maddələrinin pozuntusundan şikayətçidirlər

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarını elan edəcək.

Ərizələrdə Avropa Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozuntuları mübahisələndirilib. Ona görə də bənzər 4 ərizə birləşdirilib.

“Savalanlı və başqaları Azərbaycana qarşı” – işdə ərizəçilər Cabbar Novruz oğlu Savalanlı, Fərəc Raqif oğlu Kərimov, Sirac Raqif oğlu Kərimli və Murad Güləhməd oğlu Ədilov Sumqayıtda (Cənab Savalanlı) və Bakıda yaşayan Azərbaycan vətəndaşlarıdır.

Məhkəmə işi müxalif siyasi partiyaların üzvləri və fəalları olan ərizəçilərin narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb, istintaqa cəlb edilməsi ilə bağlıdır.

Ərizəçilər Avropa Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinə əsaslanaraq, xüsusilə, hökumət əleyhinə fəaliyyətlərinə görə qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət ediblər.

“Cavid Məmmədov Azərbaycana qarşı” – məhkəmə işi də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Ərizəçi iddia edib ki, yerli məhkəmələr onun həbsinə qanuni əsaslar göstərə bilməyib.

“İbrahimov Azərbaycana qarşı” – işin təfərrüatları barədə AİHM bazasında bilgi verilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button