Ailəsi və vəkilləri Navalnının cəsədinin gizlədildiyini deyirlər

Yayımlandı: 19 Fevral 2024 17:20

Anası meyitxanaya buraxılmayıb, vəkili qovulub

Fevralın 19-da Aleksey Navalnının anası və vəkillərini siyasətçinin cəsədinin olduğu Salexard şəhərindəki meyitxanaya girməyə qoymayıblar.

Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat yayıb.

Onun sözlərinə görə, bu gün səhər tezdən Alekseyin anası və vəkilləri meyitxanaya gediblər:

Onların içəri girməsinə icazə verilməyib. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda cavab vermirlər”.

İstintaq Komitəsi isə Navalnının anasına və vəkillərinə siyasətçinin ölüm şəraitinin araşdırılmasının uzadıldığını bildirib.

Bunun daha nə qədər davam edəcəyi məlum deyil. Ölümün səbəbi hələ də müəyyən edilməyib. Hakimiyyət yalan danışır”, – deyə Kira Yarmış vurğulayıb.

Fevralın 16-da Federal Penitensiar Xidmət Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.

Fevralın 17-də Navalnının anası koloniyaya gedib.

Ancaq ona siyasətçinin cəsədinin Salexard meyitxanasında olduğu bildirilib.

Morqdan isə telefonla Navalnının anası və vəkillərinə meyitin orada olmadığı bildirilib.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button