Akif Çovdarov məhkəməyə həkim müşayiəti ilə gətirildi

Proses qapalı elan edildi, jurnalıistlər zaldan çıxarıldı

Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Bizimyol.info xəbər verir ki, hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesə Akif Çovdarov xəstədi həkim müşayiətində gətirildib.

İclasda şikayət vermiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə məlum olub ki, onların əmlaklarına qoyulan həbslə bağlı yaxınları da məhkəməyə müraciət edib. Belə ki, A.Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və həyat yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirlər.
Ruslan Çovdarov məhkəməyə müraciətində qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.

A.Çovdarovun vəkili Kamandar Nəsibov prosesin qapalı keçirilməsi ilə bağlı vəsaət qaldırıb. O bildirib ki, prosesdə dövlət sirri təşkil edən bəzi məsələlər səslənə bilər ki, buna görə də kənar şəxslər zaldan çıxarılsın.

A.Çovdarov da vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin olunub və jurnalistlər zaldan kənarlaşdırılıb.

Proses qapalı keçirilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Həmçinin onların rütbəsinin alınması barədə xüsusi qərardad çıxarılıb.

Bundan başqa, Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

Məhkəmənin daha bir qərarı ilə “8-ci kilometr bazarı” kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.
Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.

İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan “Metropolitenin”nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.

Akif Çovdarov və digərləri Qanunsuz azadlıqdan məhrumetmə, Mənimsəmə və israfemə, hədə-qorxu ilə rüşvət alma və s. cinayətlərdə təqsirli biliniblər.
Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətində onların barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button