Akif Çovdarov və digərlərinin apellyasiyası başlayır

Sabiq MTN-çilər bəraət istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti icraata verilib.

Bizimyol.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakimi Faiq Qasımovun icraatında olan iş üzrə ilkin baxış iclası mayın 8-nə təyin edilib.
Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətində onların barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Həmçinin onların rütbəsinin alınması barədə xüsusi qərardad çıxarılıb.

Bundan başqa, Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

Məhkəmənin daha bir qərarı ilə “8-ci kilometr bazarı” kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.
Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.
Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.

İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan “Metropolitenin”nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.
Akif Çovdarov və digərləri Qanunsuz azadlıqdan məhrumetmə, Mənimsəmə və israfemə, hədə-qorxu ilə rüşvət alma və s. cinayətlərdə təqsirli biliniblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button