Akif Çovdarovun şikayətləri təmin edilmədi – mülkləri qaytarılmadı

General Akif Çovdarov və digərləri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Hakim Faiq Qasımovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Prosesdə ötən məhkəmə iclasında vəkillərin qaldırdığı vəsatətlər təmin edilmədiyi elan olunub.

Çovdarov vəsatətlərdən birində ailə üzvlərinin adına olan əmlakların üzərindən həbs qərarının götürülməsini istəyirdi.

Daha sonra A.Çovdarovun vəkili Kamandar Nəsibov çıxış edib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

A.Çovdarovun isə, növbəti məhkəmə iclasında son söz deyəcəyi gözlənilir. Proses mayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 9 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button