Akif Nağı Merkelə məktub yazdı: “Ermənistana getməyin!”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Almaniyanın kansleri, xanım Angela Merkelə məktub ünvanlayıb. Xural.com Akif Nağının facebook səhifəsinə məlumat verir ki, məktub Qarabağ münaqişəsi ilə bağlıdır. Məktubu təqdim edirik: 

“Hörmətli xanım Merkel!
Sizin regiona, o cümlədən Azərbaycana səfərinzi müsbət hadisə olaraq dəyərləndiririk. Hesab edirik ki, Almaniya regionda gedən hadisələrə daha fəal müdaxilə etməli, bir sıra məsələlərlə, o cümlədən Azərbaycana qarşı Ermənistanın işğalçı siyasəti ilə bağlı daha obyektiv mövqe nümayiş etdirməlidir. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib, bu əraziləri işğal altında saxlayır, 1 milyondan artıq azərbaycanlını öz yurdlarından didərgin salıb, Ermənistandan 250 min azərbaycanlını deportasiya edib, bu gün işğal olunmuş ərazilərdə Azərbaycanın milli, mənəvi, tarixi abidlərini məhv etməkdədir. Siz bunların hamısını bilirsiniz. Amma nə üçünsə işğalçı Ermənistana qarşı loyal münasibət bəsləyirsiniz. Biz Sizi Azərbaycan, Qarabağ məsələsində ədalətli mövqe tutmağa çağırırıq.
Sizdən xahiş edirik ki, İspaniyanın ərazi bütovlüyü ilə bağlı tutduğunuz mövqeni Azərbaycanın ərazi bütövlüyünə münasibətdə də nümayiş etdirəsiniz. Kataloniya separatçılarını ittiham etdiyiniz kimi, Dağlıq Qarabağdakı qondarma rejimi də ittiham edəsiniz. İstəyirik ki, Avropanın demokratik ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində də ədalətli mövqe tutasınız.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirik. Siz regiona səfəriniz çərçivəsində Ermənistana da getmək istəyirsiniz. Biz Sizi bu işğalçı ölkəyə səfərdən çəkinməyə çağırırıq. İşğalçı ölkəyə səfər Almaniyanın demokratik imicinə zərbə vura bilər. 


Hörmətli xanım Merkel!
Biz Azərbaycanla Almaniya arasında xoş münasibətlər arzusu ilə Sizə müraciət edirik və inanırıq ki, müraciətimizə diqqətlə yanaşacaqsınız.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button