Akif Qurbanovun maşınının şüşələri sındırılıb

Tanınmış ictimai xadim Akif Qurbanovun maşınının şüşələri sındırılıb. Bu barədə o, özünün Facebook səhifəsində yazıb:

“Bu gün qonşunun verdiyi xəbərlə 6:30 radələrində məlum oldu ki, maşının sağ ön-yan şüşəsini sındırıblar. Sandıqçanı sındırıb içərisini eşələyiblər.
Dərhal 102-yə zəng vurdum və əlaqə saxlanılacağını dedilər. 5 dəq sonra 25-ci Polis Bölməsindən əlaqə saxladılar. Mənim şəxsi məlumatımı dəqiqləşdirdilər və sonra hadisənin araşdırılması üçün Bölməyə gəlib ərizə yazmalı olduğumu dedilər. Bildirdim ki, hadisə ilə bağlı 102-yə zəng vurub məlumat vermişəm, sizin də vəzifəniz gəlib hadisə yerini müayinə etmək, ekspertiza aparılmasını təşkil etməkdir. Gəlib Bölmədə nəyi araşdırmalıyıq?! Ona aydın olanda ki, metodu düzgün seçməyib, sağollaşdı.
Yenidən 102-yə yığdım və sual etdim ki, sizin əməkdaşlar kreslonun arxasından deyəsən tərpənmək istəmirlər, hələ səhər tezdəndir, günəşin təsiri başlamayıb ki, düşünək adamlar özlərini gündən qoruyur, bayıra çıxmaq istəmir, gəlib hadisə yerini müayinə etmək əvəzinə məni Bölməyə dəvət edirlər. Xanım ilk öncə elə başa düşdü ki, zarafat edirəm, sonra vəziyyətin ciddiliyini anlayan kimi adekvat reaksiya verdi.
Qısa müddətdə yenidən 25-ci Bölmədən əlaqə saxlanıldı və hadisə yerinin ünvanı dəqiqləşdirildi və az sonra baş təhqiqatçı daxil 3 polis zabiti gəldi. Qısa söhbətdən sonra möhtərəmlər yenidən Polis Bölməsinə getməyi təklif etdilər. Mən də Ekspertizanın təşkilinin vacibliyini vurğulayanda cavab belə oldu ki, ekspertin gəlməyi ən azı 1,5-2 saat çəkəcək. Dedim tələsən yerim yoxdur və israrı gördükdən sonra ekspertə zəng etdilər, o da 30 dəqiqə ərzində gəldi və öz işini müfaviq qaydada icra etdi. Ondan sonra Bölməyə getdim, hadisəyə dair izahatımı verdim.
İlkin vəziyyətə görə belə məlum oldu ki, apardıqları yalnız ətir olub.

P.S. Hadisəni qısa olaraq şişirtmədən yazmaqda məqsədim sadəcə məsələni olduğu kim ictimailəşdirməkdir, DİN rəhbərliyi də arzu etsə əməkdaşlarının davranışından özü üçün nəticələr çıxarar. Ümid etmək istəyirəm ki, hadisənin araşdırılmasına yanaşma müvafiq bölmənin ilkin davranışını təkrarlamayacaq, hadisənin gerçək araşdırılması və cinayətkarların üzə çıxarılması çox da uzun sürməyəcək”.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button