AKP Ərdoğanın namizədliyini irəli sürdü

Yayımlandı: 16 Mart 2023 14:32

Hakim partiya prezidentliyə namizədini müəyyənləşdirib

Martın 16-da Türkiyənin hakim partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) parlament qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd kimi irəli sürülməsi barədə qərar qəbul edib.

Martın 10-da Rəcəb Tayyib Ərdoğan seçki qərarını imzalayıb.

Konstitusiyamızın 116-cı maddəsinin verdiyi səlahiyyətlə 2023-cü il iyunun 18-də keçirilməli olan seçkilərin 14 may tarixində yenilənməsi ilə bağlı qərarı imzalayıram”, – deyə Ərdoğan bildirib.

Türkiyədə hər 5 ildən bir keçirilən prezident seçkiləri sonuncu dəfə 2018-ci il iyunun 24-də olub.

Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da ölkədə keçirilən ilk birbaşa prezident seçkilərində qalib gəlib.

2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.

Martın 6-da müxalif “Millət ittifaqı”nın prezidentliyə namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu elan edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button