ALDP də Fonda ianə köçürdü

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Skype vasitəsilə Sədr Aparatının on-line iclasını keçirib. On-line iclasda respublikada koronavirusla bağlı yaranan vəziyyət müzakirə olunub. Bir daha qeyd olunub ki, vətəndaşlar özlərini qorumalı və #“Evdə qal” kampaniyanın qaydalarına, Qərargahın tövsiyələrinə ciddi riayət etməlidirlər. “Karantin tətbiq edilməsi bəzi vətəndaşlar tərəfindən qeyri-ciddi qəbul olunur. Onlar özünütədric etmək əvəzinə ailə üzvləri ilə birlikdə şəhəri gəzməyə çıxırlar. Bu hərəkətlə həm ailə üzvlərini, həm də digər vətəndaşları virusa yoluxma təhlükəsinə atırlar.”- Fuad Əliyev qeyd edib.
Daha sonra Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməklə bu nəcib təşəbbüsə qoşulmaq təklif olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button