ALDP-dən sərt bəyanat: “Azərbaycan ATƏT-in Minsk grupundan imtina etməlidir”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda Ermənistan baş nazirinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa getməsilə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir:

“Ermənistanın Baş naziri Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda verdiyi bəyanat –“Dağlıq Qarabağ Ermənistan ərazisidir” fikri Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prinsipinin bir daha yanlış olduğunu sübüt edib. 25 ildir ki, “sülh yolu” ilə həll olunan məsələyə Paşinyan bu fikri söyləməklə nöqtə qoydu.

Qarabağ mitinqini keçirmək istəyən Azərbaycan müxalifətinə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişısinin Azərbaycan ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunması istiqamətində möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan bütün danışıqlar KİV ilə mütamadi olaraq işıqlandırılır” deyə iqtidar şablon cavab verir.

Niyə Paşinyanın bu bəyanatına Azərbaycan iqtidarı, XİN-in cavabı KİV-lərdə ictimailəşmədi? Niyə ATƏT-in Minsk grupu susur?

ALDP hesab edir ki, Azərbaycan ATƏT-in Minsk grupundan imtina etməlidir.

ALDP Azərbaycan iqtidarından işğal altında olan Dağlıq Qarabağ torpağlarını erməni quldurlarından təmizləmək üçün anti-terror əməliyyatlarına başlanmasını tələb edir.

ALDP həmçinin bu məsələyə görə İranda yaşayan yüz minlərlə soydaşlarımıza öz etirazların bildiklərinə görə təşəkkürünü bildirərək, Azərbaycan türklərinin – Şimal- Cənub – bir-birlərimizə dəstək verilməsini vacib olduğunu bildiririk.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button