ALDP KTMT-yə etiraz edir: “Bu, torpaqları itirmək deməkdir”-VİDEO

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, AXH-nin Qurultaya hazırlıq və regional məsələlər müzakirə olundu.

Toplantıda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi qismində qəbul olunması məsələsi müzakirə olundu və bəyanat qəbul olundu.

Bəyanatda deyilir:

“Rusiya Federasiyasının baş nazirinin müavini Yuri Borisov və KTMT-nin baş katibi Valeri Semerikovun bəyanatlardan aydın olur ki, Azərbaycanın bu təşkilata müşahidəçi qismində üzv olunmasına artıq heç bir problem yoxdur. Ermənistan parlamentinin deputatı Viktor Yengibaryan da “Ermənistan Azərbaycanın müşahidəçi kimi üzv olmasına mane olmamalıdır” fikirləri bunun sübütdur.

ALDP olaraq hesab edirik ki, Azərbaycan işğalçı ölkə ilə eyni hərbi təşkilatda ola bilməz. Bu keçən 25 ilin “sülh” danışıqları Dağlıq Qarabağın işğaldan azad olunması vaxtını uzatdı. ALDP hesab edir ki, Azərbaycanın bu hərbi təşkilatda istər üzv, istərsə də müşahidəçi qismində iştrakı bizim bu “sülh” adı ilə bağlanan əllərimizi, “danışıqlar yolu”nu qeyri müəyən vaxta salacaq və ümumiyyətlə, münaqişə həll olunmayn problem kimi qalacaq.

ALDP hesab edirik ki, Azərbaycan heç bir hərbi təşkilata üzv olmamalıdır. Rəsmi Bakı ATƏT-in Minsk qrupundan çıxmalıdır, Türkiyə və Pakistanla iki tərəfli hərbi müqavilələr bağlamalıdır. Azərbaycan işğal altında olan torpaqlarını, eyni zamanda Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan erməniləri separatçıların əsarətindən, zülmündən azad etmək üçün anti terror əməliyyatlara başlamalıdır.

Amma bütün hallarda KTMT-yə üzv olmaq Azərbaycanın müstəqilliyini və işğal olunan torpaqlarını itirmək demək olacaq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button