Ali Məhkəmənin 7 hakimi istefaya göndərildi

Ali Məhkəmənin yeddi hakimi pensiyaya göndərilib. Bu barədə “AzPolitika.info”ya xəbər məlumatlı mənbədən daxil olub.

Onlardan beşınin adı “AzPolitika”ya məlumdur. Belə ki, məlumata görə pensiyaya göndərilən hakimlərdən üçü Ali Məhkəmənin Mülki Kollegiyasının üzvləridir. Bunlar Qəhrəman Allahverdiyev, Qoldman Tatyana Aleksandrovna və Əsəd Mirzəliyevdir.

Ali Məhkəmənin Cinayət Kollegiyasının üzvü Rzayeva Gülzar Lətif qızı da pensiyaya göndərilib.

Pensiyaya göndərilən digər bir hakim isə Ali Məhkəmənin Hərbi Kollegiyanın üzvü Əliyev Fərhad Kazım oğludur. 

Digər iki hakimin adını da dəqiqləşdirməyə çalışacağıq.

Qəhrəman Allahverdiyev

 

Qoldman Tatyana Aleksandrovna

 

Əsəd Mirzəliyev

 

Gülzar Rzayeva

 

Fərhad Əliyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button