Ali Məhkəmə Əfqan Muxtarlının şikayətini təmin etməyib

Jurnalist həbsdə qalıb

Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.
“Turan” informasiya agentliyinin məlumatına əsasən, jurnalist Şəki Apelyasiya Məhkəməsinin qərarından şikayət verib, amma özü prosesdə iştirak etməyib.

Vəkil Elçin Sadıqov şikayəti dəstəkləyib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib.

Amma prokuror Rövşən Tağızadə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.

Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.

Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Muxtarlı özü bildirib ki, o, 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.

Amnesty İnternational təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button