Ali Məhkəmə 240 gün aclıq edən jurnalisti azad etməyib

Məhkəmə onun cəza müddətini 6 ildən 4 ilə qədər azaldıb

İyulun 2-də Azərbaycan Ali Məhkəməsi Azel.TV saytının təsisçisi, həbsdə olan Əfqan Sadıqovun  kassasiya şikayətini qismən təmin edib. Məhkəmə onun cəza müddətini 6 ildən 4 ilə qədər azaldıb.

“Bu, ədalətsiz və qanunsuz qərardır. Baş prokuror məni qəbul etdi və işə obyektiv baxılacağını vəd etdi, ancaq bu, baş verdi. Əgər işə obyektiv və ədalətli baxsaydılar, Əfqan bəraət verməli və azad etməliydilər

Mahiyyətcə bu, ədalət tələbilə 240 sutka ərzaq qəbulundan imtina edən adama “ölüm hökmü”dür”,- onun xanımı Sevinc Sadıqova deyib.

Müdafiə tərəfi kassasiya şikayətində Əfqan Sadıqova bəraət verilməsini xahiş edib. Bu, onunla əsaslandırılıb ki, işdə onun tərəfindən zorla pul tələb etmə faktı yoxdur, rüşvət almağa təhrik var. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına əsasən belə hallarda şəxs cinayət təqibinə məruz qala bilməz.

Digər tərəfdən, iş üzrə digər fiqurantın, bilavasitə rüşvət alan şəxsin barəsində şərti cəzanın çıxarılması Əfqan Sadıqova qarşı planlaşdırılmış təxribatın göstəricisidir.

Vəkil Zibeydə Sadıqovanın açıqladığı kimi, prokuror Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edərək onun himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq daha az cəza təyin edilməsini xahiş edib. Bununla yanaşı, o, həbs müddətinin 4 ilədək azaldılmasını təklif edib. Hakim bununla razılaşıb və müddəti azaldıb.

“Tərtər işi” (111 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 8 nəfər ölüb) üzrə hərbçilərə qarşı işgəncələrdə ittiham olunanları cəmi 2-3 il müddətinə mühakimə ediblər. Baxmayaraq ki, bu şəxsləri 11-12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Əfqan Sadıqova 240 gün aclıq aksiyası nəticəsində sağlamlığının pozulmasına baxmayaraq, Əfqan Sadıqova 4 il veriblər”, – vəkil deyib.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədir.

* Azel TV-nin rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Noyabrın 4-dən o, etiraz əlaməti olaraq aclıq elan edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək azaldıb. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button