Ali Məhkəmənin binasındakı rəzalət

 Ali Məhkəmənin binası üstöndə dalğalanan Azərbaycanın Dövlət Bayrağı cırılıb. Şəkildən də göründüyü kimi, artıq bir neçə gündür ki, dövlət bayrağının cırılmasfına baxmayaraq, Ali Məhkəmənin inzibaçıları onu yenisi ilə əvəzləməyiblər.

Bu gün isə xarici ölkələrin Ali Məhkəmə sədrləri Azərbaycanda keçirilən beynəlxalq seminarda iştirak etmək üçün Bakıya gəlirlər. Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilovun mətbuata verdiyi açıqlamaya görə, sentyabrın 27-28-də keçiriləcək seminarda Almaniya, Qazaxıstan, Ukrayna, Belarus Ali Məhkəməsinin sədrləri, Moskva Arbitraj Məhkəməsinin hakimləri də daxil olmaqla ümumilikdə 80 hüquqşünas seminarda iştirak edəcək.

İstifadəsi başa çatmış dövlət bayrağının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı Ali Məhkəmə ilə əlaqə saxlamaq istəyimiz baş tutmadı. İş gününün başa çatmasına bir neçə dəqiqə qalsa da, telefonlara cavab verən olmadı.

Hər halda, Ali Məhkəmə binasının başı stə üstündə dalğalanan dövlət bayrağının cırılması böyük rəzalətdir. Bunu qonaqların fərq edəcəyi isə ikiqat utanc gətirəcək!

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button