Allah böyükdür, yoxsa….

Allah adamının adam tutdurmağı elə bizlərə yaraşır. Din adamı məhkəmələrə, polis idarələrinəmi üz tutar?

Bir neçə il öncə iki qəzet işçisini «ilişdirdilər». Səbəb də o oldu ki, Qurana sataşmısan, təhqir etmisən. Bütün dualarda, dini kitablarda, məjlislərdə həmişə bu sözləri eşitmişik: «Allah böyükdür», «Allah bağışlayandır»…

Quranın  «Ğafir» surəsinin mənası isə bağışlayan deməkdir. Göründüyü kimi, Allah bağışlayandır!

Hörmətli Şeyx, hörmətli din xadimləri, əgər Allah bağışlayandırsa, siz niyə bağışlamayasınız? Hörmətli «Sahibi əz-Zaman» məsjidinin axundu Mirbaba Tahirov, sən niyə bağışlamayasan? Nə vaxtdan axund və mollalar mətbuat klublarını, məhkəmələri gəzib?

Yəqin ki, söhbətin kimdən getdiyini bildiniz. Deyilənə görə, Aydın Janiyevi ona görə  cəzalandırırlar ki, o? məjsidə sərxoş girib, məsjidin şüşəsini qırıb. Məsjid kimin evidir? Allahın! Şüşə kimindir? Allahın! Yaxşı, onda bəs siz kimsiz? Allahın şüşəsini o sındırıbsa, Allah bilər, o bilər. Verin onu elə Allahın ixtiyarına…

«Allahın gözü yaratdıqlarının üstündədir»sə, qoy Allah özü onu jəzalandırsın! Jəzalandırar, özü bilər, bağışlayar, özü bilər. Allahın işinə niyə qarışırsınız?

Aydın neyləyib? Yazı yazıb, kimisə tənqid edib. Bu yazıya görə heç kəs sizi nə işinizdən, nə də güjünüzdən ayırar. Tutaq ki, yanlış yazıb. Nə olsun? Buna görə adamın həyatını məhv edərlər?

Roma Papası ona sui-qəsd edən şəxsi – müsəlman terrorçu Ağcanı bağışladı. «Allah da bağışlayandır». Əgər elədirsə, bəs, siz niyə bir şüşə qıranı həbs etdirmək üçün əldən-ayaqdan gedirsiniz?

 Zümrüd Məmmədova

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button