Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!

Aydın Canıyev

Mənim ümidimi qırmayın, Eldar Mahmudov, çünki şeyxin satın ala bilməyəcəyi yeganə ünvanı MTN hesab edirəm!..

Birbaşa deyim ki, bu, Allahşükür Paşazadə adlı birisindən son yazımdı, çünki əminəm ki, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət əvəzi olan bu yazı bir çox suallara və problemlərə aydınlıq gətirəcək.

Bakıdan şeyx həzrətləri möhtəşəm görünür, amma və lakin Lənkərandan… çox faciəli!!!

Lənkəranın axundu, “ÖMƏRSƏD” adını qazanmış molla Sədi (həm də və eyni zamanda hacı Qəni Axundzadə) iki dəfəyə dövlətə ayrı-ayrı illərdə “İslam Bankı”ndan götürməklə 500 min dollar bir, 250 min dollar da bir atmaqla hələ də azadlıqda məhz şeyxə, daha doğrusu, şeyxin qardaşı Cavanşir Paşazadəyə yaxın olduğuna görə gəzirmiş. Mən ötən yazımda Sədinin (on je Axundzade Qeni, on je OMARSAD) cinayət tərkibli faktlara imzalı olduğunu ötəri yazmaqla, el-oba ağsaqqallarının dinəcəklərinə əmin deyildim. Fəqət…

Az qala rəvayət kimi 22 “hədis” danışdılar mənə “ÖMƏRSƏD”dən… hacı Qəni Axundzadədən… molla Sədidən!

Dəhşətə gətirən isə odur ki, bu faktlar hətta MTN-in yerli şöbələrinə də məlum olub! Belə ki, Astara gömrükxanasında 30 kiloqram narkotiklə tutulan lənkəranlı müəllimə ilk dindirmədəncə “malın” kimə məxsus olduğunu bildirib və Sədi həmin müəlliməni istintaqın əlindən… 250 min dollara qurtarıb. Baxmayaraq ki, Sədiyə məxsusluğu iddia edilən 92 kq. narkotik maddə həmin müəllimənin qardaşından PF-nin Volqoqrad şəhərində müsadirə edilib eyni vaxtda!

El arasında “Molla Sədi” kimi tanınan Qəni bir neçə il qabaq tələbələri olmuş ŞİLAVARLI iki qızı – iki bacını da Türkmənistana göndərməkdə ittiham olunub: lakin ata adamla sazişə getdiyinə görə, iş ört-basdır olunub.

Velli aşbaz İman hələ də Astaraya gəlin köçən qızının durduğu yerdə boşanıb niyə Lənkərana gəldiyini anlamır, ancaq Lənkəran bilir ki, bu… Sədinin “Allaha xoş gedən əməllərdən daha biri”dir.

Lənkəranda elə molla var ki… ağlınıza gətirməyin Qurani-Kərimi oxuya bilmir, amma molladı! Yox!

Ağlınıza gətirməyin də ki, saxta sənədlə “ölüyuma”-“mələkumot” lisenziyaları olan var. Yox, a kişi!

Bunlar öz yerində!!!

Siz ağlınıza gətirərsinizmi ki, Lənkəranda Velədi kəndinin mollası minbərdə neyləyir? Azan verir? Ağlınıza dua yazdırın! Molla Ramil Mehrəliyev minbərdə tamam başqa – ayıb işlərlə məşğul olur! Bunu MTN, Polis Bölməsi və Prokurorluq bilir! Amma və lakin… Sədi hələ də onu Velədinin mollası olaraq saxlayır. Niyə? Mollaya “daydayılığı” edən öz doğmaca xalasıdır! Sədiyə camaatın içində ayağıyla divan tutacağını bəyan etməkdən çəkinməyən “narkobaron-xala” molla-bacıoğlunu hətta ölkənin birinci ledisi ilə keçirilən tədbirlərin birinə də sala bilib və bu şəkil kitabında da yer alıb!

Keçən yazımda üstüörtülü yazmışdım ki, məsciddə “Klintonun məclic”indən təşkil olunub – şeyxin müdrikanə və aqilanə, həm də “yesəniz də budu, yeməsəniz  də” nümayişkəranəliyi vadar edir ki, yazım: Səpnəkəran kənd məscidində məhərrəmlik təziyəsi dönəmində sığınacaq axtaran rus qızına da “başa salıblar” ki, şeyxin dini rəhbər olduğu məmləkətdə və doğulduğu rayonda məscid …xanaya taydı! Zorlanan rus qızı, qazanan müstəntiq, düşmən olan Aydın Canıyev…

Bəli, cənab nazir, Şeyxülislam Allahşükür Paşazadə birbaşa olmasa da, dolayısıyla Lənkəranda düşmənçilik toxumu səpir. Səbəbini araşdırmalarım vaxtı tapmadım! Ən azından Lənkəran şeyxə çox yaxşı olub – camaatın bir qızı evdə qarıyan vaxtlarda şeyxülislam olmayan şeyxin doqquz bacısına elçi düşüb, qızlarını baş tacı edib! Şeyx nəyin və kimin qisasını Lənkərandan alır, bilinmir?! İndi onu da səbəb kimi görmürəm ki, şeyxin bacısı yeznəsi Əfrəddin Əliyev camaatın içində şeyxi söyür! İnanmıram Allahşükür Paşazadə buna görə dini, cinsi, siyasi və ictimai oriyentasiyası mentalitetə yad olan ünsürləri Lənkəranda çiçəkləndirir!

Belə bir adamı hətta erməni də müdafiə etməz!

Axund Sədi – Qəni Axundzadə – şeyxin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi məscid həyətlərini imkanlı adamlara iaşə obyektləri açmaq üçün satır. Bu vətən uğrunda döyüşməli olan Sədi-Qəni o vaxt qaçıb gizlənib. Onu daha çox Ələkrəm Hümmətovun demarşlarında görənlər elə bilir ki, Sədi-Qəni MTN-in tapşırığını yerinə yetirib!

Ona görə də sual yaranır – araq içməyin nə, xaçı batırmağın nə?..

DAHA BİR SUAL ÖZÜMDƏN:

Çoxhörmətli cənab nazir! Mənim açmasını tapmadığım düyün olmayıb, yoxdu və olmayacaq da. Amma bu Sədi-Qəni məsələsində başım işləmir!

Özü haqda yazdıq! Qardaşı da məktəb direktorudu – məktəbdə 11-ci sinif şagirdi sevdiyi qızı öldürür, lakin… Qadir İbrahimli hətta təlim-tərbiyənin zəifliyinə görə töhmət də almır, nəinki işdən çıxarılmaq ola!

Bir suala cavab istəyirəm – əgər Sədi – Qəni Axundzadə MTN-in narkotranzitdə ötürücü vəsiləsidisə, eyni zamanda şeyxin Lənkəranda fahişəliyi çiçəkləndirmək, “hərəmiz üç arvadı …” kampaniyasının kuratorudusa, deyin bilək!

Atabaatama lənət, əgər mən dövlətin bu siyasətinə etiraz edərəmsə…

Niyə “dövlətin bu siyasəti” deyirəm, cənab nazir?! Hər gün Kərgəlandan Lənkərana 4 km. yolu piyada gəlib-qayıdan, səhər yeməyinə qənaət anlamında GÜNORTADAN SONRA DURAN FƏHLƏ Məmmədin oğlu Aydın Canıyev bu qədər faktı bilirsə, 24 saat ayıq-sayıq olan DÖVLƏT bilmir ki?

Son dəfə inanmaq istəyirəm – dövlət bilmir!

Mənim ümidimi qırmayın, Eldar Mahmudov! Çünki şeyxin satın ala bilməyəcəyi yeganə ünvanı MTN hesab edirəm!

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button