Allahşükürün adamları bizi aldadıb!

Prezidentin poçtuna…

Bəs bizim 10.000 manatımız hara getdi?!..

Hörmətli “Xural” qəzetinin redaksiyası!

Yazıb sizə bildirirəm ki, mən tikinti işi ilə məşğul oluram. 6 aydır ki, usta kimi Lənkəran şəhəri, 21-ci məhəllə adlanan ərazidə Lənkəran şəhər sakini Zərrintac xanım adında şəxsin oğlu Səbuhi üçün beş mərtəbəli mebel mağazası tikirəm. 35 nəfərlik usta və fəhlə ilə biz bu işi aldadılaraq müqaviləsiz tikirik. Gördüyümüz işlərə görə indiyədək bizə ödənilən məbləğin müəyyən hissəsi malla, yəni 17.500 manat məbləğində xırda buynuzlu mal-qara ilə, 33.600 manat isə nəğd pulla verilib. İndi hal-hazırda gördüyümüz işin qalan hissəsini, yəni 10.000 (on min) manat məbləğində pulumuzu ala bilmirik. Bildirirəm ki, tikintiyə ödəniləcək məbləğ indiki tikinti qiymətlərindən qat-qat aşağıdır. O, bizim pulumuzu ödəmək əvəzinə, bizə hədə qorxu gəlir, tikintinin tam təhvil verilməsini tələb edir. Buna görə isə bir qəpik də pul ödəməyəcəyini bildirir. Əks təqdirdə öz adamları ilə hədələyib verdiyi pulları və malı geri alacağını bəyan edir. Arxasında duran adamlarla hədələyib bizi qorxudur. Deyilənlərə görə bu adamlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə arxayındırlar, ona görə bu oyunu çıxarırlar. Xahiş edirəm, bizim məsələmizi qəzetinizdə işıqlandıraraq respublikanın vacib şəxslərinin nəzərinə çatdırasınız və pulumuzun bu adamlardan alınıb verilməsində köməklik göstərəsiniz.

Bayramov Əlizadə Ağahüseyn oğlu

Cəlilabad rayonu, Ocaqlı kəndi

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button