Alman nazir:”Terror Almaniyadan yan keçməyəcək!”

Almaniyanın ədliyyə naziri Hayko Maas terror dalğasının ölkəsindən yan keçməcəyini bildirib. Və rəsmi Berlini belə bir ehtimala inanmamağı çağırıb.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, «Saarbrücker Zeitung» qəzetinin bugünkü sayına müsahibə verən Maas bildirib ki, demokratik ölkədə tam təhlükəsizliyə heç kim təminat verə bilməz. Bununla belə, nazir əhalini təşvişə düşməməyə səsləyib: «Almaniya hökuməti vağzal və aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Sənəd yoxlanışı da sıx-sıx aparılır. Əgər indi qorxu bizi iflic vəziyyətə salsa, bu o demək olacaq ki, terrorçular istədiklərinə nail olublar. Belə ssenarinin inkişafına imkan verməməliyik”.

Xatırladaq ki, İŞİD-in Brüsseldə törətdiyi 22 mart terrorunda 30-dan artıq insan ölüb, 300-dən artıq insan yaralanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button