Almaniya XİN cəzaçəkmə yerlərində monitorinq üzrə layihəni dəstəkləyib
Almaniya XİN Azərbaycanın cəzaçəkmə yerlərində müstəqil monitorinqin aparılması ilə bağlı “İnsan Hüquqları Uğrunda” İctimai Birliyin fəaliyyətini və layihəsini dəstəkləyib. Məlum olduğu kimi, layihə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və koloniyalarda alternativ preventiv mexanizmin reallaşmasını nəzərdə tutur.
Fevralın 2-də birliyin rəhbəri Eynulla Fətullayev Almaniya XİN nümayəndələri ilə müvafiq müqavilə imzalayıb.
E.Fətullayev Turan-a bildirib ki, monitorinq ayda iki dəfə keçiriləcək. Layihə məhbusların, ilk növbədə vicdan məhbuslarının və siyasi dustaqların şikayət və məktubları əsasında təcili yoxlamaları nəzərdə tutur. Bu tədbirlərdə məqsəd məhbusların saxlanma şəraitinin şəffaflığının təmin olunması, problemlərin KİV-də işıqlandırılmasıdır.
Bu QHT indiyədək Qobustan həbsxanası və həbsxana xəstəxanası daxil olmaqla, altı koloniyada monitorinq aparıb. Çərşənbə axşamı 17 saylı koloniyada monitorionqin aparılması nəzərdə tutulub. Belə ki, bu koloniyanın bir qrup məhbusu saxlanma şəraitindən şikayət edib.
Hüquq müdafiəçisi qeyd edib ki, həbsxanalarda məhbusların saxlanma şəraiti narahatlıq doğurur.
CONTACT