Almaniyada artıq Hitlerin “Mənim mübarizəm” kitabını almaq olar

Hitlerin-kitabi

Almaniyada son 70 ildə ilk dəfə olaraq Adolf Hitlerin “Mənim mübarizəm” (Mein Kampf) kitabı satış şəbəkəsinə daxil olub.

Antisemitizm manifesti sayılan “Mein Kampf” İkinci dünya müharibəsindən sonra qadağan edilmişdi. Kitabın çap olunması Bavariya hökumətinə məxsus müəlliflik hüquqları müddətinin başa çatmasından sonra mümkün olub.

Kitabı cümə günündən etibarən almaq mümkündür. Hərçənd ki, bəzi mağazalar onu satmaqdan imtina edib.

Əsərin 4 min nüsxəsi çap olunub.

Şərhlərlə müşayiət olunan əsərin yeni nəşri Münxenin Müasir Ədəbiyyat İnstitutuna məxsudur.

Naşirlər hesab edirlər ki, kitabın çapı nasist təbliğat miflərinin dağıdılmasına xidmət edəcək.

Yəhudi icmasının bəzi üzvlərinə əsasən şərhlərlə çap olunmuş əsər Holokostun məğzini başa düşməyə kömək edə bilər.

İndiyədək Almaniayada yalnız “Mein Kampf”-ın 1945-ci ilədək çap olunmuş nüsxəsini almaq olardı.

BBC Azərbaycan xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button