Almaniyada kimyəvi hücuma hazırlıqda şübhəli bilinən bir nəfər saxlanılıb

Yerli mətbuatın yazdığına görə, radikal dini cərəyana mənsub olan 32 yaşlı şəxs İran vətəndaşıdır

Almaniya polisi yanvarın 8-də genişmiqyaslı terror aktı hazırlamaqda ittiham olunan Şimali Reyn-Vestfaliya sakininin həbs edildiyini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanan şəxs sianid və risindən istifadə etməklə kütləvi zəhərlənmə planlaşdırımış. Risin kimyəvi maddəsi bioloji silah kimi təsnif edilir.

Şübhəlinin adı açıqlanmasa da onun Almaniyanın qərbindəki Castrop-Rauxel kiçik qəsəbəsində yaşayan radikal dini cərəyana mənsub olan 32 yaşlı Iran vətəndaşı olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, polis onunla birlikdə mənzildə olan digər şəxsi də saxlayıb.

“Bild” qəzetinin yazdığına görə, Federal Cinayət İdarəsi şübhəlini bir neçə gün nəzarətdə saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button