Amaşa və Gülərə qalan dünya)))

Əvəz Zeynallı

Gülər Əhmədova – sevincindən darqursaq olub yazajaqlarımızın təsirindən indidən qarınağrısına düşən informasiya agetliklərindən birinə mənim haqqımda danışıb. Nə danışdığı önəmli deyil, boynundan atıb ki, mənə qarşı oyunda olmayıb və mənim yanıma gəlməyib. Uzun yazmaq istəmirəm. Bu qadın deputat namizədliyi dövründə otağında jurnalistin alnına silah dirəyərək ondan yazılı izahat alan birisidir və deputatlığı dərhal ləğv edilməlidir. Ondan əlavə, bir çox yerlərdə Mehriban Əliyevanın adından vədlər verib və etməyib. Konkret faktlarım var. Bunların hamısı yazılacaq, o ayrı məsələ.

Mənim yanıma gəlməyinə gəlincə, Gülər Əhmədova nəinki mənim yanıma gəlmək üçün, hətta onun telefonunu götürməyim üçün azı məmləkətin 5 böyük adamına telefon açdırıb. Ağlayıb, sıtqayıb, qadın olduğunu önə sürüb, sözünü yerə sala bilməyəcəyim adamlara zəng açıb. Nə üçün, bilirsinizmi? «Mənim telefonunumu qaldırsın» deyə yalvarışlarla. Həmin adamlar bir kəlməmə bənddirlər ki, mətbuata bu haqda açıqlama versinlər. Gülər o zaman ağlar qalar.

Qaldı bu qadının qurulan əməliyyatlarda iştirakına, Gülər Əhmədova təbii ki, qurulan əməliyyatın içində yer alajağını, ya da aldığını  söyləməz. Olsun. Mən bilirəm və inanıram ki, nə oyunlar qurulmuşdu və mən hansı oyunları dağıtdım.

Hər şeyin zamana ehtiyacı var. Hər şeyi yoluna qoyacağam. Amma bildiyim yaxın məqsədlərdən biri budur ki, yanında qoçular saxlayan bu qadın deputatlığa namizəd olduğu zaman cinayətə yol verib. Cinayətə yol verən bir insan isə deputat olmamalıdır!

Zavallı Əflatun Amaş

 Yenə başlayıblar işləməyə. Redaktorlar Birliyi fəaliyyətə başlayandan gecələrini gündüzlərinə qatıblar. Adam balası kimi işlədirik bunları. Biz ayın 8-də Mətbuat Həmrəyliyi Günü münasibətilə toplantı keçirdik, bunlar da bizdən sonra tonlaptı təyin etdilər. Biz Naxçıvana – xalqın səsinə səs verməyə getdik, buzları sındırdıq, bunlar burada eşələnməyə başladılar. «Azadlıq» qəzetinə xəbərdarlıq elan etmişdilər və bu qərarı bütün mətbuatda yaymışdılar. Biz məsələyə əl qoyduq, bunlar dərhal tüpürdüklərini yaladılar. İndi də bizim Naxçıvan görüşümüzün əvəzinə Əbülfəs Qarayevlə görüşüblər. Göstərmək istəyirlər ki, işləyirik. Ancaq elə qorxuya düşüblər ki, Azərbaycan ictimai rəyində söz sahibi olan bir qəzeti özlərinin ata-analarının yer aldığı siyahıya salırlar. Əslində, bu çalışmanın və bu hərəkətin mətbuata xeyri yoxdur. Göstərməlikdir. Hədəfləri Redaktorlar Birliyinin strukturlaşmasının qarşısını almaqdır.

O zaman da belə etdilər. 3 redaktor birləşib Mustəqil Media Uğrunda Hərəkat yaratdıq – biri öldü, birini də çağırıb yanlarına aldılar və ona ayıb etdilər. Əslində, yanlarına çağırdıqları həmkarım onların hamısından ləyaqətli və şərəfli insandır. Rəhim Hüseynov isə rəhmətə gedən həmkarımı çağırıb «Əvəzin yanından çəkil, onun torbasını tikmişik» demişdi. Hər məni görəndə gəncəli olduğunu deyən, şirin-şirin danışan bu qoca kişi, bir az əflatunlaşan kimi mənə torba tikildiyini çox adama deyib. Bədbəxt uşağı – bunların hamısının vəzifəsi mənə torba tikmək imiş ki…

Əflatun Amaş zığıldaya-zığıldaya orada-burada boynunu bükür ki, «bir iş idi oldu, amma artıq geriyə yol yoxdur». Bu kişi qırığı miktofon-diktofon gördümü, hərislər kimi şiniyir ora doğru. Əsir-coşur, ağlına nə gəldi danışır… Onun bilmədiyi, əslində isə hamıdan yaxşı bildiyi bir şey var – o və onun şərəfi olmayan şurası ictimai vijdanda məhkum olunublar. Mənə bu iki gündə yüzlərlə telefon zəngi gəlib. Qəbələdən, Tovuzdan, İsmayıllıdan, Qazaxdan, Gəncədən, Şəmkirdən onlarla Oxucu arayıb məni. Ağlayanı da var, güləni də – amma hamısı yeni «Xural»ın, gündəlik «Xural»ın möhtəşəmliyindən bəhs edir. Onlar bunu bilirlər və yazımın təsirindən hayrıqanları var. Bunlara nifrət edir Azərbayjan Oxucusu – bunlar kölədir, hamı bilir bunu. Hamı bilir ki, «Cəsur ürək» filmindəki Şotlandiya kralının günündə olan Ramiz Mehdiyevin və onun anlaqsız halından istifadə edən Əli Həsənov Qaragilənin başının altından çıxıb bu iblisanə qərar. Bunlar içində azca vicdan qaldığını düşündüyümüz Rəşad Məjidin, Aqil Abbasın, Qafar Çaxmaqlının, Umud Rəhimoğlunun da vicdanlarını susdurdular. Kölə kimi… Qul kimi… Mətbu axtalanmışlar kimi…

 Mehman Əliyev abidədir, bəs Rauf Arifoğlu?

 Mehman Əliyev abidə insandır – mətbuatın son vijdanlı qalasıdır. Qənimət Zahid də gəlir bir neçə günə – o da ustadımızdır. Bu gün də Redaktorlar Birliyinin iclası var. Biz işə başladıq, Rauf Arifoğlu Mətbuat Şurasını darmadağın etdi. Bu gün nəticə gördüm. Şükür, Rauf Arifoğlu Əbülfəs Qarayevlə görüşə çağırılıb. Amma bu görsənişlər bizi aldatmamalıdır. Bu qurum mətbuata xəyanət edib…

Xəyanətkar isə cəzalanldırılmalıdır!

Həm də sərt formada!

 

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

  1. Hörmətli Əvəz bəy

    Aydin Canıyevin tutulması ılə əlaqədar Gülüş Xəlılova adlı bir qadının adı çəkilir.
    Guya şairədir. Saytlarda Cavidan adı ılə şeirlər cap etdirir. Kimlərsə bu qadını Lənkəran ziyalılarının qəniminə cevirməyə başlayıb. Qəzetınızdə bu qadin haqqında araşdırmalara yer ayırsaydiniz çox yaxşı olardi. Bunu uçun saytlarda cavidan adı ilə axtarış verməyiniz kifayətdir. Onda bu qadinın internetdə – saytlarda və forumlarda nə qədər adamı təhqir etdiyi məlum olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button