AMAY Prezidenti ittihamları rədd edir

abdulla abdullayev«Son vaxtlar bir sıra şəxslər mənim bəzi dövlət məmurlarını və ailələrini təhqir etdiyimi iddia edirlər. Mən bunu bu başdan əsassız sayıram”. Bunu A.M.A.Y Şirkətlər qrupunun prezidenti Abdulla Abdullayev dünən yaydığı müraciətində bəyan edib.

“Turan”ın məlumatına görə, müraciətdə bu ittihamı konkret kimlərin irəli sürdüyünü və kimlərin təhqir olunmasının nəzərdə tutulduğunu açıqlamayan A.Abdullayev ümumiyyətlə kimisə təhqir etmək xüsusiyyəti olmadığını qeyd edir. Onun fikrincə, bu şayiələri yaymaqda maraqlı olanlar həm onun prezidenti olduğu şirkət, həm də özü barəsində dövlət rəhbərliyində mənfi rəy və imic formaladşırmaq niyyəti güdürlər.
Şirkət prezidenti ona qarşı olan ittihamları birmənalı olaraq rədd edir. “Mənə qarşı bu ittihamı irəli sürənlər dediklərinin birini belə sübut edə bilsələr ölkə vətəndaşlığından imtinaya belə hazıram”, – deyə A.Abdullayev qeyd edib.
Xatırladaq ki, bu ilin yanvarından A.M.A.Y şirkətlər qrupuna bağlı firma rəhbərlərilə “Texnikabank” arasında götürülmüş kreditlərlə bağlı məhkəmə çəkişməsi gedir. Bank kerditlər qaytarılmadığına görə firma rəhbərlərinə qarşı cinayət işi başladıb, nəticədə iki firma rəhbəri və A.M.A.Y-ın icraçı direktoru həbs olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button