AMDP-də yuxarıdan inqilab baş verdi!

Bozqurdlar Tufan Kərimliyə “Dur!” dedilər!

Redaksiyamıza AMDP (Boz Qurd) Siyasi Şurasının bəyanatı daxil olub. 07 aprel 2011-ci ildə Siyasi Şura üzvləri Nurəddin İsmayılov (sədrin müavini), Oktay Xəlilli (sədrin müavini), Mübariz Hümbətov (sədrin müavini), İlyas Abdullayev və Əligül Məmmədovun imzaladıqları bəyanatda deyilir:

“AMDP (Boz Qurd) Siyasi Şurası İctimai Palatanın 02 aprel 2011-ci il tarixində keçirdiyi mitinqi və onun tələblərini təqdirəlayiq hesab etməklə bərabər, Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq hüququnu pozduğuna qəti etiraz edir. Partiya mitinq iştirakçılarına qarşı tətbiq olunan hədsiz zorakılığı pisləyir və mitinq zamanı qanunsuz həbs olunanların dərhal azad edilməsini tələt edir. Siyasi Şura Azərbaycan ictimaiyyətinə bəyan edir ki, “Millətçilik” qəzetinin və orada gedən yazıların AMDP (Boz Qurd)-yə heç bir aidiyyatı yoxdur və Siyasi Şura bu yazıları qəti surətdə pisləyir.”

Qeyd edək ki, Tufan Kərimlinin son günlər tutduğu xətt büsbütün hökumət tərəfdarlığı olduğu üçün bu bəyanatı inqilabi xarakterli də hesab etmək olar. Siyasi Şuranın mütləq əksəriyyətinin bəyanata qoşulduğunu nəzərə alsaq, bu addımı Tufan Kərimlinin partiyadan uzaqlaşdırılması kimi də yozmaq mümkündür.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button