AMEA-dan açıqlama: “Akademik İsa Həbibbəyli toyda olmayıb”

“Sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir” – xural.com xəbər verir ki, bu haqda AMEA-nın mətbuat xidməti açıqlama yayıb.

Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana getmiş, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olmuşdur. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalmışdır.

Qeyd edək ki, səfər müddətində akademik İsa Həbibbəyli Azərbaycan Ordusu tərəfindən fəth olunmuş Qızılqaya zirvəsində “N” saylı hərbi hissənin əsgərləri ilə görüşmüş və işğaldan azad edilmiş Günnüt kəndində olmuşdur. İsa Həbibbəyli, həmçinin nəvələri ilə birlikdə Əlincə qalasına səfər etmişdir.

Sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana getmiş, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olmuşdur. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalmışdır.

Qeyd edək ki, səfər müddətində akademik İsa Həbibbəyli Azərbaycan Ordusu tərəfindən fəth olunmuş Qızılqaya zirvəsində “N” saylı hərbi hissənin əsgərləri ilə görüşmüş və işğaldan azad edilmiş Günnüt kəndində olmuşdur. İsa Həbibbəyli, həmçinin nəvələri ilə birlikdə Əlincə qalasına səfər etmişdir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button