Amerika qanunvericilərinin yay tətilləri və Azərbaycanda insan hüquqları

Amerikanın senator və konqres02.07.2013

Amerikanın senator və konqresmenlər də daxil olmaqla, aparıcı qanunvericiləri iyulun 3-də Türkiyə, Azərbaycan və Macarıstana səfər çərçivəsində Bakıya gələcəklər. Bu barədə  Turan-ın Vaşinqton müxbirinə Konqresdəki  mənbələr bildiriblər.

Nümayəndə heyətinə Helsinki Komissiyasının üç üzvü – həmsədr Kristofer Smit, konqresmen Robert Aderholt və senator Rocer Uiker, habelə onların həyat yoldaşları, həmkarları və bir neçə işçi daxildir.

Onlara konqresmen Tom Koul, Maykl Krapo və konqresmen Dok Hastinq də qoşulacaq.

Səfər Helsinki Komissiyası 2010-cu ildən sonra ilk dəfə olaraq Azərbaycan üzrə xüsusi dinləmələrindən öncə olacaq.

Komissiyaya yaxın mənbələrdən Turan-a bildirilib ki, dinləmələr iyulun ortalarına planlaşdırılıb. Müzakirələrin mövzusu Dövlət Departamentinin və Freedom House-un illik hesabatlarında əksini tapanş informasiya və vəzifələr olacaq.

“Prezident seçkiləri ərəfəsində Azərbaycanda insan hüquqları sahəsində ciddi problemlər var”,- mənbə qeyd edib.

Rüstəm İbrahimbəyov kimi bəzi müxalifət liderləri və başqaları, eləcə də hüquq müdafiəçiləri, o cümlədən Emin Milli bu dinləmələrə dəvət olunub.

Bu yaxınlarda senator Uiker Vaşinqtonda R.İbrahimbəyovu qəbul edib.

Aprelin əvvəllərində Konqres aparatının işçilərindən biri Turan agentliyinə müsahibəsində ATƏT və NDİ kimi beynəlxalq institutların hakimiyyət tərəfindən təqib olunması ilə bağlı narahatlığını bildirmişdi.

“Azərbaycan yol ayrıcındadır. O, ya demokratiya və iqtisadi çiçəklənmə yolu ilə, ya da avtoritarizm və  korrupsiyaya doğru hərəkət edə bilər”, – mənbə bildirib.

Bir ay əvvəl ABŞ konqresmen və senatorlarından ibarət böyük bir qrup Azərbaycan hökumətinin dəvətilə Bakıya gəlmişdi. Səfər neft gəlirlərinin hesabına maliyyələşdirilmişdi.

LegiStorm saytının məlumatına görə,  ötən ay Azərbaycan hökuməti bəzi konqresmenlərin (Ruben İnoyoza, Denni Devis) öz xanımları ilə birlikdə səfərinə 15000-25000  dollar xərcləyib. Konqresmen Mişel Luhan Qrişem bildirib ki, o və nişanlısı Manuel Kordova mayda Bakıya “pulsuz” səfər ediblər. Səfərin qiyməti  $ 12 692 təşkil edib.

Amerika Azərbaycanlıları təşkilatının (AZAD) rəhbəri Elmar Şahtaxtinski Global Post-a son şərhində amerikalı siyasətçiləri Azərbaycanda demokratları dəstəkləməyə, Amerikanın  maraqları naminə insan haqlarının pozulmasına göz yummamağa çağırıb. “Bu cür bahalı səfərlərə pul xərcləməklə və digər lobbiçilik  işləri ilə Bakı Vaşinqtonda özü haqda yaxşı rəy almağa ümid edir”, – o vurğulayıb.

Senator və konqresmenlərin ofisləri Bakıya qarşıdakı səfərlə bağlı əlavə məlumat verməkdən imtina ediblər. Bəziləri Azərbaycana gedəcəklərini inkar ediblər, digərləri deyiblər ki, bu, sadəcə “yay tətili gəzintisidir”.

Lakin yayılan məlumatlara görə, nümayəndə heyəti iyulun 4-də ABŞ-ın Müstəqillik Günü münasibətilə bayram yeməyində iştirak edəcək, İçərişəhərə ekskursiyaya gedəcək, sonra Budapeştə yola düşəcək.

“Sözsüz ki, nümayəndə heyəti insan hüquqları məsələsinə, Amerika-Azərbaycan münasibətlərinə, regional neft-qaz layihələrinin inkişafına və digər məsələlərə toxunacaq”, – Konqresdə qeyd ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button