Amerika Rza Zərrabı niyə Türkiyədən qaçırdı?-ANALİZ

Hazırda Amerikada istintaq altında olan Azərbaycan əsilli iş adamı, Türkiyə Prezidentinin keçmiş müttəfiqi Rza Zərrabın istintaqa verdiyi açıqlamaları Ərdoğanın işinin heç də asan olmayacağını göstərir. Rza Zərrab Amerikanların iddia etdiyi kimi bütün bu prosesleri yazılı və çəkiliş aparmaqla edib və sübutları özündə saxlayıb. Bu sübutları da ABŞ rəsmilərinə təhvil verib. Rza Zərrabın Amerikaya təslim olması öncədən düşünülüb və planlaşdırılıb. O, bir neçə ay öncə ABŞ-ın Türkiyədəki səfirliyinə gizli məktub yollayaraq onlarla əməkdaşlığa hazır olduğunu vurğulayıbmış. Bundan sonra o, gizlincə viza alıb. Daha sonra Ərdoğan hökumətini aldadaraq ABŞ rəsmilərinin istəyi üzərinə ailəsi ilə birlikdə özünün şəxsi təyyarəsi ilə Londona istirahətə getmək adı ilə ölkəni tərk edib. Daha sonra IATA yarı yolda onun uçuş koordinatlarını dəyişərək Amerikaya yönəldib. Bu, əslində amerikalılar tərəfindən qurulan büyük bir oyun imiş. Amerikaya endiyi zaman isə onu həbs ediblər. Əslində isə qurulan bu oyun Amerika və Türkiyənin münasibətlərini korlamaq üçün düşünülüb və gerçəkləşdirilib. Bu, bir növ ARGO əməliyyatının kiçik bir formasından başqa bir şey deyil. Onun Amerikaya təslim olunmasının isə özəl səbəblərinin olduğu məlum olur. Son zamanlar Ərdoğanın birbaşa Rza Zərrabla görüşmədiyi, onunla beşinci-altıncı adamların vasitəsilə əlaqə saxladığı deyilir. Əsas səbəb də bu olur. O, bu narahatçılıqdan sonra Amerika səfirliyinə məktub yazmaq qərarına gəlir. Bütün bunlar istintaqın gedişatında məlum olub. Rza Zərrab Ərdoğanın gizli yolla onu İrana təslim edəcəyindən qorxub. Onun Amerikadakı ömürlük həbsi İranda asılmaqdan üstün tutduğu vurğulanır. Rza Zərrabın Ərdoğan tərəfindən İrana təhvil verilmə ehtimalı yüksək olub. Çünki o, çox sirrə vaqif idi və bu sirrlərin üstünün açılacağı təqdirdə İsrail, Amerika ve Avropa qarşısında pis duruma düşəcəyini bilirdi. Rza Zərrabın Ərdoğanın tapşırığı ilə İrana embarqo halında 100 milyarda yaxın dəstək durduğu bildirilir. Bütün bu ödəmələr isə Bank sisteminə düşmədən baş tutub. İran Amerikanın embarqosu altında olmasına baxmayaraq, bunun sayəsində illər boyu olduqca daha rahat hərəkət edib. Bu isə AKP hakimiyyətinin dövründə baş tutub. Amerika Pentaqonu Hərbi Kəşfiyyatın, CIA və FBI-ın bunlarla baglı materiallarını Rza Zərrabın verdiyi açıqlamalar və istintaq ifadələri ilə tutuşdurur.
Rza Zərrab işi Ərdoğan üçün olduqca həssas məsələdir. Ərdoğan Rza Zərrabın Amerika qarşısında onu çox pis vəziyyətə salacağından ehtiyat edir. Hazırda Türkiyədə baş verən proseslərin Ərdoğanın özünə sərf etdiyi vurğulanır. Ərdoğan bu siyasəti ilə Amerika və Avropaya təsir göstərmək istəyir. Rusiya ilə yaxınlaşma Amerikaya növbəti sərt xəbərdarlıqdır. Bütün bunlar planlaşdırılmış və düşünülmüş şəkildə baş verir. Rusiya ilə enerji məsələsində anlaşmağa hazır olan Ərdoğan, Amerikanın qarşısında özünü qalib kimi göstərməyə çalışır. Putinin Bakı səfəri Ərdoğanın Rusiya səfərinin hazırlığı kimi qiymətləndirilməlidir. Putin İlham Əliyevə Ərdoğanla birgə addımlamağı təklif edəcək. Türkiyənin Cənub Qaz layihəsinin reallaşması üçün İlham Əliyevlə danışıqlar aparacağı gözlənilir. “Ərdoğanla anlaşması üçün Putin Əliyevdən xahiş edəcək” deyə bildirilir. Amerika isə Əliyevə İsrail vasitəsilə təsir göstərməyə çalışacaq və bu münasibətlərdə tərəf tutmaqdan çəkindirəcək. Amerika düşünür ki, əgər İlham Əliyev tərəf tutmasa, o zaman Cənub axınının gələcəyi olmayacaq və bu siyasi şantaj üsulu daşıyan layihə tarixə qovuşacaq. Bu prosesdə Ərdoğan, Putin və Əliyev üçlüyünün bir-birilərinə etimadlarının olmadığı üçün Amerika rahatdır. Ekspertlərin qənaətlərinə görə, Amerika bu etimadsızlıq mühitindən öz istədiyi kimi istifadə edə biləcək.
“Ərdoğan əslində Cənub axınının onun gələcəyi üçün də olduqca siyasi asılılıq yaradacağını bilir, sadəcə Rza Zərrab işinə görə Amerikanı şantaj edir” deyə Amerikan tərəfi vurğulayır. Amerikalılar Cənub Axınının Ukrayna, Azərbaycan və Gürcüstanın müstəqilliyinə tam son qoyacağını düşünürlər. Bütün bu materiallar İlham Əliyevə özəl kanallar vasitəsilə çatdırılacaq. Ərdoğanın Misirlə əlaqələrinin zəif olmasi isə Amerikaya bir neçə manevr imkanı verir. Ərəb ölkələrinin də Ərdoğanla səmimi münasibətdə olmadığını bilən Amerika, bu prosesdə ərəblərdən də siyasi olaraq istifadə edə biləcək. Bu proseslərdən çıxmaq üçün Ərdoğanın Amerikaya bir neçə təklifinin olduğu deyilir. Ərdoğanın İraqdan 20 faiz neft payı, Suriyadan isə Hatay ətrafinda olan bir neçə rayonun Türkiyəyə verilməsini istədiyi bildirilir. Bunlar isə Amerika tərəfindən ironiya ilə qarşılanıb və rədd olunub. Digər tərəfdən isə Ərdoğan Əfqanıstandakı NATO komandanlığının NATO ölkəsi olduğu üçün Türkiyəyə verilməsini istəyir. Ərdoğan İncirlik hərbi bazasında da söz sahibi olmaq istəyir.
Amerikalılar iddia edirlər ki, bütün bunlar Rza Zərrab işinin bir parçasıdır. Ərdoğan avgust ayında Rusiyaya səfər edəcək və o, bu səfərində Cənub Layihəsini imzalaya bilər. Amerikalılar bunu da şantaj kimi qiymətləndirəcəklərini bildiriblər. Putinin Bakı səfərinin əsas pərdəarxası məqamı da budur. “Əslində, bu, həm də İlham Əliyevin müstəqilliyinin sonu deməkdir” deyə bildirirlər amerikalılar.
Ərdoğan “Petkim işi”ndə Fətullah Gülən məsələsini bəhanə edərək İlham Əliyevdən qeyri-rəsmi olaraq daha artıq pay istəyəcəyi deyilirdi. İham Əliyevin Ərdoğan qarşısında bəzi məsələlərdə geri addım atacağı da bildirilmişdi. Amerikalıların da bu prosesdə İlham Əliyevə tam dəstək verəcəkləri gələn məlumatlar arasındadır.
Bizə isə gözləmək qalır.
“X” Analitik Qrupu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button