Amnesty İnternational 16 məhbus uğrunda kampaniyasını davam etdirəcək

2011 Dekabr 27

Amnesty İnternational prezident Əliyevin Cabbar Savalanı əfv etməklə bağlı qərarını alqışlayaraq həbsdə qalan 16 vicdan məhbusunun azadlığı uğrunda kampaniyanın davam etdiriləcəyini bildirir.

“Bizim reaksiyamız şadlıq və məyusluqla qarışıqdır”, – deyib 92 iki siyasi məhbusun əfv olunmasına dair qərarı şərh edən təşkilatın Avropa və Mərkəzi Asiya departamentinin başçısı John Dalhusein.

BBC Azərbaycancaya müsahibəsində John Dalhusein mart və aprel aylarında hökumət əleyhinə etirazlar vaxtı həbs edilmiş 16 nəfərin azadlığa buraxılmasının tələb ediləcəyini bildirib.

O deyib ki, 20 yaşlı fəalın işi insan haqları müdafiəçiləri arasında böyük diqqətə səbəb olub və Azərbaycan hökuməti Savalanı azad etməklə beynəlxalq tənqidi azaltmağa ümid edib.

“Lakin indi diqqət eyni güclə həbsdə qalanlara yönələcək. Onların adları bir o qədər tanınmayıb. Hərçənd ki, onlar məhbəsdə qalarkən daha çox tanınacaq”.

Hüquq müdafiəçisi söz azadlığı və insan haqlarına hörmət naminə beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinə daha çox təzyiq göstərməyə çağırıb.

“İnsan haqları və demokratiya Azərbaycanın gələcəyinin açarıdır. Azərbaycanlılar bunda maraqlıdır və beynəlxalq ictimaiyyət hazırkı hakimiyyəti bu məsələyə indikindən daha çox hörmət göstərməyə sövq etməlidir”.

bbcazeri.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button