Amnesty International Azərbaycanda ifadə azadlığına dəstək kampaniyası keçirəcək

31.03.2012

Amnesty International hüquq müdafiə təşkilatı ifadə azadlığına hörmətlə yanaşılması tələbilə Azərbaycan hakimiyyətinə təzyiq kampaniyası təşkil edir.

Təşkilatın məlumatında deyilir ki, əvvəlki “Eurovision” müsabiqələrinin qalibləri də daxil olmaqla, Avropa musiqiçiləri aprelin 2-də Twitter i Facebook sosial şəbəkələrində başlayacaq bu kampaniyada iştiraka dəvət olunur.

Kampaniyanın təşkilatçıları müsabiqənin təşkilatçısı – Avropa Yayım Birliyini Azərbaycan hakimiyyətini insan haqlarına hörmətlə yanaşmağa məcbur etmək üçün zəruri olan hər şeyi etməyə çağırır.

Amnesty International-ın nümayəndəsi Maks Taker deyib ki, “Eurovision” müsabiqəsi fikir və mətbuat azadlığını ifadə edir. Lakin Azərbaycan Avropada mətbuat və ifadə azadlığı üçün ən pis yerlərdən biri olaraq qalır. Ölkənin sıravi vətəndaşları 20 ildir ki, qorxu atmosferində yaşayaraq açıq və sərbəst danışa bilmirlər.

Azərbaycan hakimiyyəti “Eurovision-2012” müsabiqəsinin hazırlanmasına və keçirilməsinə milyon dollar vəsait xərcləyib və tədbirin uğurlu olmasını istəyir. Odur ki, Avropa Yayım Birliyinin müsabiqə ərəfəsində mühüm hədiyyə kimi ifadə azadlığına hörmət edilməsini hakimiyyətdən tələb etmək üçün əlverişli imkan yaranıb”, – o bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, müsabiqənin əvvəlki ev sahibləri – Danimarka, Finlandiya, Norveç, Polşa, Ukrayna və Böyük Britaniya, həmçinin Bolqarıstan, Almaniya və Azərbaycandan olan ayrı-ayrı musiqiçilər qarşıdakı kampaniyada iştirak edəcəklərini bildiriblər.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button