
Amnistiya Aktı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub
“8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub”.
Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, amnistiya müəssisədə ümumilikdə 49 nəfərə şamil edilib: “Daha əvvəl müəssisədən Amnistiya Aktı tətbiq edilən 73 nəfər azadlığa buraxılmışdı. Ümumilikdə isə bu cəzaçəkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb”.
Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.