Amnistiya aktı neçə nəfərə şamil olundu?

images (6)08.07.2013
Mehman Sadıqov: “Hesab edirik ki, həmişə olduğu kimi bu dəfə də amnistiya icrası vaxtından əvvəl sona çatacaq”
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələri üzrə icrası artıq sona çatmaq üzrədir. Bu barədə FaktXeber.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. 
Verilən məlumatda qeyd edilir ki,  amnistiya aktı bu günə qədər 2268 nəfərə tətbiq edilib: “2268 nəfərdən 248 nəfərinin isə cəzaları yarıya qədər azaldılıb. Amnistiya aktı ümumilikdə 2700-2800 nəfər şamil ediləcək. Amnistiya aktının icrası üçün Penitensiar Xidmətə cəmi 4 ay vaxt verilmişdi. Hesab edirik ki, həmişə olduğu kimi bu dəfə də amnistiya icrası vaxtından əvvəl sona çatacaq. Saxlanılan məhbusların isə şəxsi sənəd və digər hüquqi problemləri olduğu üçün onların buraxılması ləngiyir. Lakin qısa bir zaman ərzində sözügedən problem tamamilə aradan qaldırılaraq həmin şəxslər də azadlığa buraxılacaq.”
Qeyd edək ki, amnistiya aktı imzalanmamışdan öncə bunun ən azı 9 min məhbusa şamil ediləcəyi bildirilirdi. Lakin görünən budur ki, sözü gedən rəqəm özünü doğrultmadı – 9 minin 1/3-i qədər də məhbusa şamil olunmadı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button