Amnistiya Aktı tətbiq edilən 40 qadın məhkumun cəzası azaldılıb

“8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktı Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib”.

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin qadınlardan 40-nın cəzası 6 ay azaldılıb, 24-ü isə azadlığa buraxılıb. Amnistiya Aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.

Qeyd edək ki, Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button