Ana, oğlu və qızı… – Hər üçü yanğında şəhid oldu!

Dünən Binəqədidə baş verən dəhşətli yanğında bir ailənin üç üzvü həlak olub. Elə gecədən sosial şəbəkə istifadəçiləri bacı-qardaşın (Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızı ( 20 yaş)) faciəvi ölümü ilə bağlı fikirlər paylaşırdılar.
Daha sonra məlum oldu ki, təkcə Ülkərlə qardaşı Davud deyil, elə anaları Zülfiyyə Şirinova da yanğında ölüb.

Ülkər Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi olub. Gənc qızın nişanlı olduğu deyilir və yaxınlarda toyu olacaqmış. Qonşuları bildirib ki, ailə yanan binaya təzə köçübmüş, kirayə qalırdılar. Bundan əvvəl isə qonşu binada yaşayırmışlar.

Eyvazov Davud isə 283 nömrəli məktəbin 10-cu sinif şagirdi idi.

Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin dekanı Nazim Şəmilov Ülkərin faciəvi ölümü ilə bağlı  Qafqazinfo-ya açıqlama verib. O bildirib ki, Ülkər çox fəal tələbə olub: ” Fakültəmizin Torpaqşünaslıq ixtisası üzrə 3-cü kurs, rus sektorunda oxuyan fəal tələbələrindən biri idi. Çox intizamlı, səliqəli tələbə idi. Avropa Oyunları könüllülərindən idi. Dünən onların imtahanı var idi. Ülkər könüllü olduğu üçün imtahandan azad olunmuşdu. O, könüllülərin baş ofisinə getməli idi. Tale elə gətirib ki, ora da getməyib”.

Qeyd edək ki, onların atası Hamir Eyvazov illər öncə dünyasını dəyişib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button