Anar Əsədlinin millət vəkilliyinə namizədliyi qeydə alındı

İctimai-siyasi xadim, QASİM İctimai Birliyinin Sədri Anar Əsədlinin namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi tərəfindən qeydə alınıb.

Anar Əsədlinin namizədliyini Zəngilan-Qubadlı ictimaiyyətinin formalaşdırdığı Təşəbbüs Qrupu irəli sürmüşdü.

Qeyd edək ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib ki, bunlardan ancaq 17 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button