Anar Kərimov vəzifəsindən azad edildi
Anar Kərimov Azərbaycan Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev bu gün, dekabrın 22-də sərəncam imzalayıb.
Prezident onu bu vəzifəyə təqribən 2 il əvvəl, 2021-ci il yanvarın 5-də təyin etmişdi.
Dövlət başçısının başqa bir sərəncamı ilə isə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. Yeni mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da A.Kərimliyə həvalə edilib. O, buna qədər Bakıda Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsini tutub.