Anasını qıqsqanclıq zəminində öldürən oğula hökm oxundu


anasini oldurduBakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anasını boğaraq öldürən Hümbət Nağızadənin cinayət işi üzrə son iclas keçirilib.

Prosesdə Hümbət Nağızadəyə hökm oxunub. Hökmə əsasən, H.Nağızadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə keçən il Xırdalan şəhərində yerləşən 27-ci məhəllədə baş verib. 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb. İttihama görə, təqsirləndirilən Hümbət Nağızadə Şəmkir rayonunun İrmaşlı kəndində yaşayan anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanın başqa kişilərlə telefon əlaqəsi saxladığını eşidib.

Qardaşı Rövşən ona 11 yaşlı kiçik bacısı ilə anasının bir yerdə itkin düşdüyünü, bu barədə polisə xəbər verdiklərini deyib. Hümbət bu məsələyə aydınlıq gətirmək üçün 2014-cü il oktyabrın 22-də Rusiyadan Azərbaycana gəlib. Anası Fatimə ilə telefon əlaqəsi saxlayıb və qadının Bakıda olduğunu müəyyənləşdirib.

Həmin gün anası ilə görüşmək üçün onu özlərinə məxsus olan Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsindəki mənzilə çağırıb. Söhbət əsnasında Hümbət anası Fatimə Qurbanovadan əxlaqsız hərəkətlərinə son qoymağı tələb edib və bu səbəbdən aralarında mübahisə yaranıb.

Fatimə Qurbanova ona “öz həyatımı yaşayıram” deyərək, mərhum əri Elşənin ünvanına nalayiq ifadə işlədib. Fatimə Qurbanovanın dünyasını dəyişmiş atasını söyməsi Hümbəti lap özündən çıxarıb və o, anasının boğazından yapışaraq var gücü ilə boğmağa başlayıb.

Anasının nəfəs almadığını, keçindiyini görən oğul mənzilin qapısını bağlayıb və Abşeron Rayon Polis Şöbəsinə (RPŞ) gedərək törətdiyi cinayəti etiraf edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button