Ankarada daha bir dəhşətli partlayış –27 ölü, 75 yaralı (FOTO)-VİDEO
Ankara valiliyindən verilən məlumata görə, hadisə zamanı 27 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.
****
Bu gün Türkiyənin paytaxtı Ankarada qanlı partlayış baş verib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə 20.35-də Ankaranın mərkəzində – Qızılay meydanında baş verən partlayış nəticəsində çoxlu sayda yaralanan olub.
İlkin məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb.
Partlama ərazisində 10-a yaxın avtobus dayanacağının olması yaralıların sayını artıran əsas faktor kimi önə sürülüb.
Məlumata görə, partlayışda çoxlu maşınlar da yanıb və yaxud zərər görüb. Hələlik dəqiq olan odur ki, iki bələdiyyə avtobusu və bir şəxsi avtomobil tamamilə yanıb…
Hələlik yaralıların sayı və və yaxud olanlər haqda dəqiq məlumat yoxdur.
Qanlı terrorun kimin törətməsi də bir azdan açıqlanacaq. Ərazi polis gücləri tərəfindən nəzarətə alınıb.
Araşdırmalar gedir.