Ankaradakı terroru başqa təşkilat üzərinə götürdü

saldiri3

Ankarada 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terror aktına görə məsuliyyəti Kürdüstan Azadlıq Şahinləri (TAK) təşkilatı öz üzərinə götürüb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TAK PKK-nın bir qanadıdır. Qruplaşma 17 fevral terrorunu kimin törətdiyini də açıqlayıb. Bu, Abdulbaki Sönməz adlı TAK üzvüdür.

TAK ABŞ-ın terror təşkilatı kimi tanıdığı təşkilatların siyahısındadır.

Türkiyə hökuməti isə hadisədən bir neçə saat sonra terroru PKK-nın Suriyadakı silahlı qolu olan PYD-nin (YPG) törətdiyini, «canlı bomba»nın isə Suriyadan gələn Salih Neccar adlı şəxs olduğunu bəyan etmişdi.

PYD lideri Saleh Müslim Ankarada baş vermiş terror hadisəsini YPG-nin təşkil etdiyini ilk gündən inkar etmişdi. Dediyinə görə, YPG-nin Ankara terroru ilə heç bir əlaqəsi olmayıb:

«Ankara terroru ilə yaxından-uzaqdan heç bir əlaqəmiz yoxdur. Türkiyəyə yönəlik heç bir hücum təşkil etməmişik. Ankaradakı olaya görə PYD-ni ittiham etmək Türkiyə Silahlı Qüvvələrinin kürd bölgəsinə hücumu üçün bəhanə yaratmaqdır».

İttihamları YPG-nin Baş Konmandanlığı da rədd etmişdi: «Bizim bu olaya heç bir aidiyyətimiz yoxdur. Türkiyə hökuməti hücumu bizim təşkil etdiyimizi əsla sübut edə bilməz. Türkiyə baş naziri Əhməd Davudoğlunun «Ankara hücumunu YPG təşkil edib» açıqlması yalandır. Bu açıqlama ilə Suriyaya yönəlik hücuma zəminə yaratmaq istəyirlər». 

Onu da qeyd edək ki, iki gün öncə törədilən terror aktı TAK tərəfindən reallaşdırılan ilk belə hadisə deyil. Təşkilat 1993-cü ildə qurulub. 2005-ci ildə ölkənin Quşadası bölgəsində bir avtobusa qoyulan bombalı hücumda 3-ü əcnəbi, 20 adamı yaralanmaqla ilk dəfə öz adından bəhs etdirib. 5 aprel 2006-cı ildə AK Partiya İstanbul rayon təşkilatına hücum təşkil edib. 28 avqust 2006-cı ildə Antalya və Marmarisdə törətdiyi hücumlarda 3 nəfərin canına qıyıb. 22 iyun 2010 tarixində İstanbulun Halkalı rayonunda hərbi əməkdaşları aparan avtobusa uzaqdan idarəedilən bombayla hücum edib və hücümda dörd əsgər, bir vətəndaş həyatını itirib. 31 oktyabr 2010 tarixində İstanbul Taksimdə 32 adamın yaralanması hadisəsinin məsuliyyətini 4 gün keçdikdən sonra öz üzərinə götürüb. 20 sentyabr 2011-ci ildə Ankaranın Kızılay səmtində 3 adamın ölümü, 34 adamın yaralanmasıyla nəticələnən hücumu törətdiyini 2 gün sonra etiraf edib. 23 dekabr 2015 tarixində İstanbul Sabiha Gökçen hava lımanına törədilən və 1 adamın həyatını itirdiyi terror hadisəsi də TAK-la bağlıdır.

Həm TAK, həm PKK, həm də Kürdüstan İctimai Birliyi (KCK) müxtəlif tarixlərdə verdiyi bəyanatlarda bu təşkilatla PKK arasında üzvi əlaqə olmadığı iddia edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button