Ankaradan İlham Əliyevə müraciət: “Bizi də dəyirmi masaya toplayın”

Ankarada təhsil alan və sonra orada qalıb yaşayan, Türkiyə Respublikasının vətəndaşı kimi ötən il prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu hakim AK Partinin siyahısından Ankarada deputatlığa namizədliyi verilən soydaşımız Samir İsgəndəroğlu təkliflə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Xural.com Samir İsgəndəroğlu tərəfindən göndərilən məktubu Oxucularına təqdim edir:

 

 

“Cənab Prezident, öncəliklə Sizi, ailənizi, Azərbaycan Xalqını və Dünyanın hansı ölkəsində yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, ürəyi Azərbaycanımız üçün döyünən bütün azərbaycanlılarımızı Novruz Bayramı münasibəti ilə təbrik edirem. İnşallah, bu Novruz Bayramının qədəmləri bizə birlik, bərabərlik, uğur, qələbə, ruzi-bərəkət gətirsin!

 

Cənab Prezident!

Son illərdə həyata keçirdiyiniz hər sahədə gəncləşmə siyasətini, gənclərə olan diqqət və qayğınızı, xalqımızın rifahı üçün gördüyünüz işləri qürur hissləri ilə izləyirik. Bildirmək istəyirəm ki, ölkə xaricində yaşayan bir azərbaycanlı olaraq hər zaman sizin yanınızdayıq.

Məmur özbaşnalıqlarının yığışdırılması, məişət korrupsiyalarına son qoyulması, elitar korrupsionerlərə qarşı ciddi zərbələrin vurulması, həmçinin daha bir çox görülmüş və görülməkdə olan gözəl işlər, apardığınız uğurlu siyasətinizin sübutudur. Həmçinin inqilabi əhəmiyətli dəyişikliklər və sürətli inkişafımız, məhz sizin adınızla bağlıdır.

Cənab Prezident!

Ürəyi Azərbaycanımız üçün atan Azərbaycanımızın bir sevdalısı olaraq, sizdən iki xahişim var.

İnanıram ki, əslində bu xahişim harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq ürəyi Azərbaycanımız üçün döyünən hər kəsin xahişi və istəyidir.

 

Cənab Prezident!

Sizin sərəncamınızla, ötən il Cümhuriyyətimizin 100 illiyini qeyd etdik. Artıq 101-ci ilimizə qədəm qoyduq. Çox istərdik ki, bu il 28 mayda başda Məhəmməd Əmin Rəsulzadənin heykəli olmaqla, digər quruculara da xatirə büstü qoyulsun. Hətta bir park salınaraq “Cümhuriyyət” parkı adı verilsin. Zənnimcə belə bir parkın olması qürurverici olmaqla yanaşı, hər kəsin ürəyincə olar.

Cənab Prezident!

Sizdən ikinci xahişim, dünyanın fərqli ölkələrində yaşamasından asılı olmayaraq Azərbaycanımız üçün sevərək çalışan azərbaycanlılarımızla da bir dəyirmi masa ətrafında görüş keçirəsiniz. Çox dəyərli, savadlı, işinin gözəl bilicisi olan Fuad Muradov ilə yenidən fərqli bir şəkildə daha çox aktivləşməkdə olan Diasporamız, inanıram ki, sizin bu diqqətinizlə daha çox ruhlanacaq, güclənəcəkdir.
Siz yalnız Azərbaycan Respubilkasında deyil, Dünyanın fərqli ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlıların Prezidenti və liderisiniz.

Öncədən göstərmiş olduğunuz diqqətiniz, qayğınız üçün təşəkkür edirəm və bir daha Novruz Bayramınızı səmimi qəlbdən təbrik edir, Azərbaycanımızın daha da sürətli inkişafı üçün görməkdə olduğunuz işlərdə, apardığınız siyasətdə uğurlar arzu edirik.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button