APA.TV-nin keçmiş direktoru yeni vəzifəyə təyin olunub-FOTO

Tanınmış jurnalist, APA.TV-nin keçmiş direktoru Cavid İsmayıl (Cabbaroğlu) “Strateq.az” saytında baş redaktorun müavini vəzifəsinə təyin olunub.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə “Strateq.az” saytının əməkdaşı Xaqani Səfəroğlu məlumat verib.

“Bu gün baş redaktorumuz Elxan Şükürlü dostumuz Cavid Cabbaroğluna onun doğum günündə sürpriz bir hədiyyə etdi: bu peşəkar qələm sahibini də “STRATEQ” ailəsinə gətirdi. Bundan sonra Cavid Cabbaroğlu “Strateq.az” saytında baş redaktor müavini vəzifəsini tutacaq!”, – X.Səfəroğlu “Facebook”da yazıb.

cavid

Ölkənin bir sıra populyar nəşrlərində – “Hürriyət”, “Yeni Müsavat”, “Bizim Yol” qəzetlərində, APA Holdinqə daxil olan KİV-lərdə müxtəlif vəzifələrdə çalışmış C.İsmayıl həm də elmi fəaliyyətlə məşğuldur, tarix üzrə fəlsəfə doktorudur.

Strateq.az saytı 2014-cü ildən fəaliyyət göstərir. Saytın təsisçisi və baş redaktoru tanınmış jurnalist Elxan Şükürlüdür. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button