APA TV-nin rəhbərliyindən gedən jurnalisti nazirlik işə götürdü

Bu gün APA TV-nin baş direktoru vəzifəsindən ayrılan Vüqar Hüseynova yeni vəzifə verilib.

Yaxınlarının verdiyi məlumata görə, V.Hüseynov Kənd Təsərrüfatı Nazirliyində işə düzəlib. Onun gələn həftədən işə başlayacağı bildirilir.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı V.Hüseynovun özü ilə əlaqə saxlayıb. Keçmiş baş direktor məsələ ilə bağlı açıqlama vermək istəmədiyini deyib və nazirliklə əlaqə saxlamağımızı tövsiyə edib.

Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button