Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) altı üzvünün barəsində 15 sutkadan 20 sutkaya qədər inzibati həbslə bağlı şikayəti təmin etməyib. Onlar martın 10-da Bakıda müxalifətin mitinqi ərəfəsində saxlanılıblar.

Xatırladaq ki, partiya Rəyasət Heyətinin üzvləri Aqil Məhərrəmli, Xətai şöbəsinin üzvü Tahir Ağayev, Binəqədi şöbəsinin sədr müavini Yalçın Abdullayev və həmin şöbənin fəalı Hikmət Əliyev 15 sutka həbs ediliblər.

Xətai şöbəsinin sədr müavini Faiq Nağıyev və Binəqədi şöbəsinin fəalı Bəşir Tarıverdiyev 20 sutka alıblar.

Vəkil Əsabəli Mustafayev Turan-a bildirib ki, həbs olunanların hamısı inzibati xəta törətməkdə – polisə tabe olmamaqda təqsirli biliniblər.

Vəkilin sözlərinə görə, əslində onlar özləri çağırış əsasında polisə gediblər, ancaq rəsmi çağırış vərəqəsi olmayıb.

Vəkil deyib ki, öncə fəalları polisə martın 4-5-də çağırıblar. Sonra martın 6-7-də yenidən çağırıblar və məhkəmə qərarları ilə həbs ediblər. Odur ki, polisə tabe olmamaqdan söhbət gedə bilməz.

Apellyasiya Məhkəməsi polis şöbəsində müşahidə kamerasındakı qeydlərə baxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Vəkil bildirib ki, irəlidə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button