Apellyasiya məhkəməsi Ülvi Həsənlini də həbsdə saxladı

Ülvi Həsənli19.07.2013

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Ülvi Həsənlinin həbsi haqda qərarı qüvvədə saxlayıb.

Ülvi Həsənli iyulun 14-də “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlı və “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlı ilə birlikdə “Sahil” bağı adlanan yerdə gəzərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. İyulun 15-də Səbail Rayon Məhkəməsi onlara 15 sutka inzibati həbs cəzası verib. Gənclər ictimai qaydanı pozmaqda və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda, habelə müqavimət göstərməkdə təqsirli biliniblər.

Ülvi Həsənlinin vəkili Rüstəm Zülfüqarov “Media forum” saytına deyib ki, apellyasiya məhkəməsi iyulun 19-da keçirilən prosesdə gətirilən çoxsaylı arqumentləri nəzərə almadan Səbail məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Prosesdə Ülvi Həsənlinin özü də iştirak edib.

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsində Məcid Mərcanlı və Kənan Qasımlının da həbsindən verilən şikayətlərə baxılıb və həmin şikayətlər də təmin olunmayıb. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button