“Aqrolizinq”in sədri vəzifəsindən azad edildi- Yeni nazirdən kadr dəyişikliyi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

Əmrə əsasən, E.Məmmədov nazirliyin Texniki siyasət şöbəsinin müdiri təyin olunub.

“Aqrolizinq” ASC-nin yeni sədrinin adı məlum olub.

 ASC-nin yeni sədri Seymur Mövlayevdir.

S. Mövlayev bundan əvvəl 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru olub.

Həmçinin oxuyun: “Aqrolizinq” ASC-də fermerlərə texnikanın pulu “otkat” şərtilə verilir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button