Ararat Mirzoyan ermənilərin xarici işlər naziri ola bilər?

Ermənistan Milli Məclisinin keçmiş sədri Ararat Mirzoyan xarici işlər naziri təyin oluna bilər.  

Bu barədə “Sputnik Ermənistan” məlumatlı mənbəyə istinadən yazır ki, “Çox güman, Mirzoyan bu vəzifəyə təyin olunacaq”.

Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan xatırladıb ki, XİN rəhbəri baş nazirin təklifi ilə prezident tərəfindən təyin edilir. Sitat: “Nazir təyin edilən kimi, cəmiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Ermənistanda xarici işlər naziri vəzifəsi hal-hazırda rəsmi olaraq vakant qalır. May ayında nazir vəzifəsini icra edən Ara Ayvazyan istefa verib. İyulun 14 -dən etibarən xarici işlər nazirinin birinci müavini təyin olunan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan nazir vəzifələrini yerinə yetirməyə başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button