Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

Araz Ağalarovun biznesmen qızına qarşı dələduzluq – 8,5 milyon dollar…

Məlum olduğu kimi, koronavirusun geniş yayıldığı ölkələrdən biri də Rusiyadır. Bu ölkədə də hazırda tibbi maskalar və digər qoruyucu ləvazimatlar ya tapılmır, ya da işbazlar onu çox baha qiymətə satırlar. Rusiyanın life.ru saytı ilginc bir xəbər yayıb. Sayt məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun qızı Səbinə Ağalarovanın dələduzluqla üzləşməsi barədə xəbər yayıb.

Bildirilir ki, fırıldaqçılar Səbinə Ağalarovanın dələduzluq yolu ilə  8,5 milyon dollarını ələ keçiriblər.
Maraqlıdır ki, sayt biznes-ledini Ağalarovun qızı kimi deyil, “məşhur müğənni Emin Ağalarovun bacısı Səbinə Ağalarova” kimi təqdim etməyə üstünlük verib.
Bildirilir ki, məşhur müğənninin bacısı  topdansatış ticarətlə məşğuldur. Koronavirusla bağlı vəziyyət pisləşməyə başlayanda, o da şirkətinin işçilərinin tibbi maskalarla təmin etməyə qərar verib.
“Mənbənin dediyinə görə, iş qadını uyğun bir şirkət tapıb və dəyəri 8,5 milyon dollar olan məhsul sifariş edib. Martın 20-də Ağalarova pulu həmin şirkətin hesabına köçürüb və həmin gün axşam saatlarında sifariş verilmiş tibbi cihazları ona çatdırılmalı idi. Amma şirkət nümayəndələri vəsaitin hələ hesaba köçürülmədiyini deyərək,  malları sabah gətirəcəklərini söyləyib”, deyə, məlumatda bildirilir.
Beləliklə, xanım Ağalarova tibbi ləvazimatları  ala bilməyib. Məlum olub ki,  şirkət nümayəndəsi telefonlarını  söndürüb. İş adamı dərhal polisə şikayət edib, ancaq yoxlama yalnız 17 apreldə başlayıb.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Emin Ağalarov atasının rəhbərlik etdiyi “Crocus Group”un vitse-prezidentidir. Bu günlərdə Emin Ağalarov koronavirus şəraitində müflis olmaq riski barədə danışıb, şirkətə məxsus ticarət mərkəzlərinın gələnlərinin min dəfə azaldığını söyləyib.
O, koronavirus pandemiyasının uzun çəkəcəyi zaman kredit öhdəliklərini tam ödəyə bilməyəcəklərini əlavə edib.
“Ümid edirik ki, bu vəziyyət çox çəkməz. Çünki təhlükəsizlik yastığımız bir neçə həftəyə bəs edəcək. Bizdə 15 minə qədər işçi çalışır. Təkcə əmək haqqı fondu böyük rəqəm təşkil edir və gəlirimiz olmasa, faktiki olaraq, bu ödənişləri çox verə bilməyəcəyik”.
Bundan əlavə, sənətçi Bakı və Moskvada iki dəfə koronavirus testindən keçdiyini, cavabların neqativ çıxdığını qeyd edib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Virtualaz.org bildirir ki, sərəncamla respublika ərazisində…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Xırdalanda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi…

8 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır. Virtualaz.org xəbər verir…

8 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Əvəz Zeynallı ilə İstanbul söhbətləri-7”: “Livana yardım etməliyikmi?”-VİDEO

Xural TV-nin hazırda Türkiyədə olan rəhbəri Əvəz Zeynallı İstanbulun tarixi məkanlarından ölkə və dünya gündəmini dəyərləndirməkdə davam edir. Bu gün…

8 Avqust 2020
  • ARAŞDIRMA
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Beyrutdakı partlamadan sonra Türkiyə iki limanına diqqəti artırmalıdır-TƏHLİL

Levent Yılmaz “Yeni Şafak” qəzeti, Türkiyə, 06.08.2020-ci il   COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə…

8 Avqust 2020
Xural.COM