Rubrikalar: GÜNDƏM XuralTAC

Araz Ağalarovun qardaşı qızını necə aldadıb oğurluğunda ittiham etdilər

Rusiyada azərbaycanlı milyarder Araz Ağalarovun qardaşı qızı Sabina Ağalarova “Vegas Crocus City” Ticarət Mərkəzində subicarəçilər tərəfindən aldadılıb.

Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda 360tv.ru (eyni adlı telekanalın saytı) bildirir.

Məlumata görə subicarəçilər ticarət mərkəzində dizayner işi geyimlərin və aksessuarların satışı üçün mağaza icarəyə götürüblər. Lakin çox keçmədən icarə haqqını ödəməkdən imtina ediblər. Bundan əlavə onlar məhkəmə iddiası qaldıraraq biznesvumeni geyim oğurlamaqda ittiham edirlər.

Sabina Ağalarovanın vəkili, “Bişenov və Partnyorları” vəkil bürosunun hüquqşünası Kamila Sultanova bildirib ki, 2018-ci ilin mayında “Konsept-M” MMC adlı şirkət subicarəçi qismində ticarət mərkəzində geyim və aksessuarların satışı üçün mağaza icarəyə götürüb.

“Ötən ilin dekabr ayına qədər onlar ödəmə qrafikini açıq-aşkar pozublar, daha sonra isə ümumiyyətlə ödəməkdən imtina ediblər”,-vəkil deyib.

Sabina Ağalarova özü isə deyib ki,  icarəçilərlə anlamağa çalışıb: onların borclarını ödəməsi üçün müddəti uzadıb, borcun məbləğini aşağı salıb. Lakin icarəçilər məsələni barışıq yolu ilə həll etməkdən imtina ediblər. Biznesmenlər sadəcə olaraq deyiblər ki, pulları yoxdur və ödəməyəcəklər.

“Biz onlara məktub göndərdik ki, danışıqlar aparmaq lazımdır. Amma onlar açıq-aşkar buna məhəl qoymadılar”,-Ağalarova deyib.

Sonda biznesvumen məcbur olub ki, mağazadakı malları saxlanılmaq üçün anbara göndərsin. Hansı ki, anbara göndərilən malları icarəçilər özləri seçib veriblər. Lakin sonradan onlar Sabina Ağalarovanı məhkəməyə veriblər. Şirkət ondan çatışmayan mallara görə dəyən zərəri ödəməyi tələb edir.

“Lakin onlarda malların çatışmaması ona görədir ki, özlərinin nəzarəti, yoxlaması olmayıb”,-Ağalarova deyib.

Vəkil Kamila Sultanova opponetlərin iddia ərizəsini “zəif” hesab edir. Axı onlar iddia ərizəsində özləri göstəriblər ki, icarə haqqına görə borcları var və həmin borcu ödəməyəcəklər.

“Mənim fikrimcə bu kontragentin vicdansız hərəkətləridir və ona görə də biz öz hüquqlarımızı qorumaq və borcu məhkəmə qaydasında geri almaq üçün mübarizə aparacağıq”,-vəkil deyib.

Onun sözlərinə görə, icarəçilərin borcu hazırda 2 milyon rublu keçir. İş üzrə birinci məhkəmə iclası baş tutub, amma “Konsept-M”-in nümayəndələri məhkəməyə gəlməyiblər. Növbəti iclas sentyabrın 24-də olacaq.

“Bu hüdudu olmayan həyasızlıqdır. Mən belə saymazyanalığı bağışlaya bilmərəm. İmkan verə bilmərəm ki, imicim ləkələnsin və adım qaralansın”,-Sabina Ağalarova bildirib.

Paylaş:

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM