Araz Elsəsin konserti 30 manat!

Təşkilatçı DAK-ın Sabir Rüstəmxanlı qanadıdır…

Tanınmış ozan, hazırda İsveçrədə yaşayan Araz Elsəsin «Monte-Karlo» restoranında konserti olacaq. Ba haqda artıq bəzi qəzetlər də məlumat yayıb. Martın 24-də baş tutacaq konsertin biletləri pulludur və yerlər 30 manatdan başlayır. Məsələ ilə bağlı apardığımız araşdırmalar ortaya çıxardı ki, «Monte-Karlo» restoranında baş tutacaq konsertin biletləri restoranın özündə yox, «Neftçilər» metrosunun həndəvərində yerləşən «Maestro» kafesində satılır. Maraqlıdır ki, biletlərin satışı üçün verilən əlaqə telefonları da «Monte-Karlo» restoranının yox, «Maestro» kafesinindir.

Qəzetimiz çapa gedən ərəfədə məlumat aldıq ki, Araz Elsəsin Azərbaycana gəlişini təşkil edən qurum Dünya Azərbaycanlıları Konqresinin Sabir Rüstəmxanlı qanadıdır və konsetr kommersiya məqsədi daşıyır.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button